Əsas Səhifə > İstisadiyyat > Türkiyə Mərkəzi Bankı Azərbaycan manatını ticarət valyutaları siyahısına daxil etdi
Türkiyə Mərkəzi Bankı Azərbaycan manatını ticarət valyutaları siyahısına daxil etdi21-12-2021, 18:50 |
![]() Türkiyə Mərkəzi Bankının “Ticarət üçün xarici valyutalar” siyahısına Azərbaycan manatı və Birləşmiş Ərəb Əmirliklərinin dirhəmi daxil edilib. Müvafiq sirkulyar dekabrın 21-də Türkiyə hökumətinin rəsmi qəzeti olan “Resmi Gazete”də dərc olunub. Yenilənmiş siyahıya hazırda 22 valyuta daxildir: ABŞ dolları, Avstraliya dolları, yeni Azərbaycan manatı, BƏƏ dirhəmi, Bolqarıstan levi, Çin yuanı, Danimarka kronu, avro, Cənubi Koreya vonu, Britaniya funt sterlinqi, İran rialı, İsveç kronu, İsveçrə frankı, Yapon yeni, Kanada dolları, Qətər rialı, Küveyt dinarı, Norveç kronu, Pakistan rupisi, Rumıniya leyi, Rusiya rublu və Səudiyyə riyalı. RUBRİKA.AZ Geri qayıt |