Əsas Səhifə > Cəmiyyət > Narkoman sürücülər saxlanıldı
Narkoman sürücülər saxlanıldı22-12-2021, 10:28 |
![]() Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 21-də Sabirabad rayonu ərazisində Saatlı rayon sakini Səxavət Şükürovun idarə etdiyi “VAZ-2107” və Göyçay rayon sakini Vüsal Malışovun idarə etdiyi “Mercedes” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 333.1-ci maddələri ilə onların barəsində protokollar tərtib olunub. Sabirabad rayon məhkəməsinin qərarları ilə S.Şükürov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib, V.Malışov isə 400 manat məbləğdə cərimələnib. Bu istiqamətdə tədbirlər davam etdirilir. Rubrika.Az Geri qayıt |