Əsas Səhifə > Aktual > Naxçıvanda uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə verilib

Naxçıvanda uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə verilib


22-12-2021, 17:11
Naxçıvanda uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə verilib

Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Naxçıvanın Təhsil Nazirliyinin tabeliyinə verilib.

Bu barədə Ali Məclisin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

RUBRİKA.AZ
Geri qayıt