Əsas Səhifə > Səhiyyə > Britaniyada "omikron"dan ölənlərin sayı 14-ə çatdı

Britaniyada "omikron"dan ölənlərin sayı 14-ə çatdı


22-12-2021, 20:11
Britaniyada "omikron"dan ölənlərin sayı 14-ə çatdı

Böyük Britaniyada koronavirusun "omikron" ştammına yoluxmadan sonra ölənlərin sayı 14 nəfərə çatıb.

Rubrik.az-ın məlumatına görə, bunu ölkənin səhiyyə nazirinin müavini Cillian Kiqan deyib.

Onun sözlərinə görə, hazırda xəstəxanalarda 129 nəfər "omikron"dan müalicə olunur. Bu, ötən həftə ilə müqayisədə 12 dəfə çoxdur.

Qeyd edək ki, Böyük Britaniyada "omikron" ştammına ilk yoluxma dekabrın 13-də qeydə alınıb.

Rubrika.az
Geri qayıt