Əsas Səhifə > Aktual > Azərbaycanda koronavirusla bağlı son durum
Azərbaycanda koronavirusla bağlı son durum22-12-2021, 20:19 |
|
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 648 yeni yoluxma faktı qeydə alınıb, 1 365 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 612 205 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 590 155 nəfər müalicə olunaraq sağalıb, 8 238 nəfər vəfat edib, aktiv xəstə sayı 13 812 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 891, ötən müddət ərzində isə ümumilikdə 5 777 429 test aparılıb. Rubrika.az Geri qayıt |