Əsas Səhifə > İdman > Hakimlərimizin kateqoriyaları yüksəldildi

Hakimlərimizin kateqoriyaları yüksəldildi


23-12-2021, 16:16
Hakimlərimizin kateqoriyaları yüksəldildi

Dünya Güləş Birliyi (UWW) beynəlxalq dərəcəli hakimlərin 2022-ci il üçün kateqoriyalarını açıqlayıb.

Azərbaycan güləş üzrə referilərinin bir neçəsinin də kateqoriyası yüksəlib.

Tural Əliyev I, Bəşir İsazadə və Həbib Nurulu II, Eldar Bayramov isə III dərəcəli beynəlxalq kateqoriya alıb.

Yanvarda güləş hakimliyində ən yüksək kateqoriya sayılan I-S (olimpiya) dərəcəsinə yüksələn ədalət təmsilçilərinin adını açıqlayacaq. Hazırda I dərəcədə olan 5 hakimimiz olimpiya kateqoriyasına yüksəlməyə namizədlər sırasındadır.

Rubrika.Az
Geri qayıt