Əsas Səhifə > Aktual > Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb - FOTO
Azərbaycanda daha 559 nəfər koronavirusa yoluxub, 12 nəfər ölüb - FOTO24-12-2021, 19:34 |
|
Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 559 yeni yoluxma faktı qeydə alınıb, 1 104 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 613 618 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 592 828 nəfər müalicə olunaraq sağalıb, 8 269 nəfər vəfat edib, aktiv xəstə sayı 12 521 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 602, ötən müddət ərzində isə ümumilikdə 5 798 493 test aparılıb. Rubrika.Az Geri qayıt |