Əsas Səhifə > Aktual > Ermənistana qarşı təzminat davası: qiymətləndirmə bitir, iş məhkəməyə gedir
Ermənistana qarşı təzminat davası: qiymətləndirmə bitir, iş məhkəməyə gedir27-12-2021, 15:57 |
|
"Dəymiş ziyanın məbləği böyükdür, söhbət 10 milyard dollarla ifadə olunan ziyandan gedir”. Rubrika.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun yaxın vaxtlarda Azərbaycanın beynəlxalq məhkəmədə Ermənistana qarşı daha iki iddia qaldırmaqla bağlı fikirlərini şərh edərkən deyib. Onun sözlərinə görə, bütövlükdə işğaldan azad olunmuş ərazilərimizə işğal müddətində Ermənistan tərəfindən vurulmuş və dəymiş ziyan beynəlxalq ekspertlərin iştirakı ilə hesablanıb: "Nəzərə alaq ki, öncədən də Azərbaycan prosesə beynəlxaq ekspertləri cəlb edəcəyini bildirmişdi. Bu baxımdan artıq qiymətləndirmənin aparılması və həmin qiymətləndirmənin başa çatması mərhələsidir. Bu mərhələdən sonra Azərbaycan tərəfi dəymiş ziyanın ödənilməsi ilə bağlı beynəlxaq məhkəməyə müraciət edəcək. Nəzə alsaq ki, Dünya Bankının təklif etdiyi metodologiyaya görə, burada 4 istiqamət üzrə dəymiş ziyan hesablanır. Onlar da iqtisadı ziyandır. Həmin ərazilərin istifadə edilməməsinə görə dəymiş ziyan. İşğal müddətində infrastrukturun dağıdılması, həm də Ermənistan tərəfindən həyata keçirilən ekoloji soyqırım”. Deputatın fikirincə, bu baxımdan konkret rəqəmlə bağlı hesabat dərc olunduqdan sonra dəymiş ziyanın məbləğini qeyd etmək mümkün olacaq: "Amma beynəlxaq hüquq və konvensiyalar Azərbaycana imkan verir ki, beynəlxalq məhkəmə yolu ilə dəymiş ziyanın Ermənistan tərəfindən ödənilməsinə nail ola bilsin. Ona görə də proses beynəlxalq səviyyəyə çıxarılacaq. Və praktik olaraq bu, ondan xəbər verir ki, növbəti mərhələdə Azərbaycan artıq Ermənistandan dəymiş ziyanın ödənilməsi və bu istiqamətdə təzminatın Ermənistan tərəfindən həyata keçirilməsi məsələsini beynəlxalq məhkəmədə müzakirə edib, bu istiqamətdə uyğun qərarların əldə edilməsinə nail olmağa çalışacaq”. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XİN-in 2021-ci il üzrə hesabatının təqimatında Azərbaycan yaxın vaxtlarda beynəlxalq məhkəmədə Ermənistana qarşı daha bir iddia qaldıracağını açıqlayıb. Nazir ekologiya konvensiyasının pozulması nəticəsində Azərbaycan təbiətinə vurulan ziyanla bağlı yaxın vaxtlarda Ermənistana qarşı beynəlxalq arbitraja müraciət ediləcəyini vurğulayıb. RUBRİKA.AZ Geri qayıt |