Əsas Səhifə > İdman > "Seltik" azarkeşləri stadiona basqın etdi
"Seltik" azarkeşləri stadiona basqın etdi27-12-2021, 16:23 |
|
Ötən gün Şotlandiyada keçirilən premyer-liqa matçındafutbol azarkeşləri polislə toqquşub. Buna səbəb pandemiya ilə əlaqədar Britaniya ölkələrində tətbiq edilən sərt məhdudiyyətlərdir. Artan yoluxmalarla mübarizə aparmağa çalışan ölkə rəhbərliyi bazar ertəsinə qədər əlavə tədbirləri müzakirə edəcəklər. Sevimli komandalarının oyunlarını canlı izləmək üçün məhdudiyyələrə etiraz edən Şotlandiya klubu "Seltik"in azarkeşləri ilə polislər arasında gərginlik yaşanıb. Qadağalara etiraz edən azarkeşlər üzərində təhqirlə dolu sözlər yazılmış pankartlarla və fişənglərlə silahlanaraq "Şeltik"lə "St. Conston" metçının keçirildiyi stadiona basqın edib. Britaniya ölkələrindən Uels, Şotlandiya və Şimali İrlandiyada restoranlar və istirahət yerləri üçün daha sərt qaydalar tətbiq olunur. Şotlandiyada futbol oyunlarında tribunalarda yer alan azarkeşlərin sayı 500 nəfərlə məhdudlaşdırılıb. RUBRİKA.AZ Geri qayıt |