Əsas Səhifə > Mədəniyyət > Azərbaycanın əməkdar artisti vəfat edib
Azərbaycanın əməkdar artisti vəfat edib28-12-2021, 10:44 |
|
Əməkdar artist Zilli Namazov dünyasını dəyişib. Bu barədə aktyor Kazım Abdullayev məlumat verib. O bildirib ki, əməkdar artist bu gün axşam saatlarında xərçəng xəstəliyindən həyata gözlərini əbədi yumub. Qeyd edək ki, Zilli Namazov 1951-ci ildə anadan olub. 1974-cü ildə İncəsənət institutunun kino-aktyor fakültəsində Adil İsgəndərovun kursunu bitirib, 1976 ildən Azərbaycanfilmdə aktyor-rejissor kimi çalışıb. Allah rəhmət eləsin. RUBRİKA.AZ Geri qayıt |