Əsas Səhifə > Mədəniyyət > DTX-nin Mədəniyyət Mərkəzində şəhid və qazi övladları üçün tədbir təşkil edilib
DTX-nin Mədəniyyət Mərkəzində şəhid və qazi övladları üçün tədbir təşkil edilib28-12-2021, 15:48 |
|
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladları üçün xüsusi proqram əsasında hazırlanmış uşaq tamaşası nümayiş etdirilib. Bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb. Tamaşa uşaqların böyük marağına səbəb olub, yüksək coşqu və sevinc hissi ilə qarşılanıb. Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib. RUBRİKA.AZ Geri qayıt |