Əsas Səhifə > Dünya > Fransanın “Rafale” qırıcılarının ixracı dayandırıldı! ABŞ-ın icazəsi olmadan olmaz
Fransanın “Rafale” qırıcılarının ixracı dayandırıldı! ABŞ-ın icazəsi olmadan olmaz28-12-2021, 17:32 |
|
Rubrika.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, Fransanın “Rafale” təyyarələrinin Misirə satılmasının ABŞ tərəfindən əngəlləndiyi bəlli olub. Fransa “Rafale” qırıcılarının satışı zamanı ABŞ-ın təhdid və embarqolarına məruz qalır. 2015-ci ildə Fransanın o zamankı Xarici İşlər naziri Qahirəyə səfər etmiş və tərəflər arasında 24 “Rafale” hərbi təyyarəsi üçün 5,2 milyard avro ödənilməsini nəzərdə tutan müqavilə imzalanmışdı. O dövrdə razılaşma Qərb ölkələri tərəfindən çox tənqid edilmiş, insan hüquqlarını pozmaqda ittiham edilən ölkəyə hərbi təyyarə satdığı üçün Fransa çox etirazlarla qarşılanmışdı. İddialara görə, Fransanın Misirə “Rafale” təyyarələrini satmasının ardından əlavə olaraq, daha 12 ədəd “Rafale”nin satılması planı ABŞ tərəfindən dayandırılıb. Fransa mətbuatının yazdığına görə, ABŞ “Rafale” qırıcılarının bir parçası olan qanadlı raket detalını ixrac eləməyi rədd elədiyi üçün, Qahirə ilə Paris arasında Misirə 12 ədəd təyyarə satılması üçün əldə edilən sövdələşmə dayandırılıb. Cari il ərzində artıq ikinci dəfədir ki, Fransanın hərbi sənaye məhsullarının satışı ilə bağlı böyük həcmdə gəlir gətirəcək sövdələşməsi ləğv edilir. Xəbər verdiyimiz kimi, Avstraliyanın Baş naziri Skott Morrison, ABŞ Prezidenti Co Bayden və Britaniyanın Baş naziri Boris Conson 15 sentyabr tarixində videokörpü yolu ilə görüşərək, AUKUS adlı yeni alyansın yarandığını bəyan eləmişdilər. Razılaşma əsasında, Avstraliyanın Adelaide şəhərində azı 8 atom sualtı qayığı inşa ediləcəyi açıqlanmışdı. Bundan sonra Avstraliya dövləti Fransa şirkəti ilə 2016-cı ildə imzaladığı və 12 sualtı qayığın inşasını nəzərdə tutan 65 milyard ABŞ dolları (90 milyard Avstraiya dolları) həcmində müqavilədən imtina eləmişdi. Müqavilənin ləğv edilməsini “xəyanət” olaraq qiymətləndirən Prezident E.Makronun göstərişi ilə Fransa XİN Kanberra və Vaşinqtondakı səfirləri təcili geri çağırmışdı. Bundan sonra Fransa hökuməti Avropa İttifaqı ilə Avstraliya arasında azad ticarət danışıqlarının aparılmasına əngəl olacağına işarə vurmuşdu. Hürr Tərcüman Geri qayıt |