Əsas Səhifə > Bölgə > Ermənistanda əsgər postda güllələnib

Ermənistanda əsgər postda güllələnib


4-01-2022, 11:12
Ermənistanda əsgər postda güllələnib

Ermənistan Silahlı Qüvvələrinin əsgəri döyüş postunda qətlə yetirilib.

APA-nın “Sputnik Armenia”ya istindən verdiyi xəbərə görə, hadisə dekabrın 31-də, Vayotzor vilayətində baş verib.

18 yaşlı Movses Tadevosyan başından yaralanıb. O, hospitala aparılarkən yolda keçinib.

Tadevosyanla bir postda olmuş əsgər yoldaşı qətldə şübhəli bilinərək saxlanılıb.

Rubrika.Az
Geri qayıt