Əsas Səhifə > Cəmiyyət > Bakıda “Doymak” makaronunun içindən həşəratlar çıxdı - FOTO
Bakıda “Doymak” makaronunun içindən həşəratlar çıxdı - FOTO4-01-2022, 12:59 |
![]() Bakıda mağazdan alınan makaronun içindən müxtəlif həşəratlar çıxıb. RUBRIKA.AZ xəbər verir ki, Sfera.az-a bu barədə paytaxt sakini Z.Ə (ad şərtidir) məlumat verib. Məlumatda bildirilib ki, "Doymak" şirkətinə məxsus iki bağlama makaronun içərisində müxtəlif həşəratlar olub. Alıcı bunun fərqinə qablaşdırmanı açdıqdan sonra varıb: "Təəssüf ki, qablaşdırmanın içərisində müxtəlif həşəratların olduğunun fərqinə evə gəldikdən sonra vardıq. Makaronu tamamilə qurd basmışdı, qətiyyən yeyiləsi halda deyildi. Ona görə də hər iki qutunu zibil qabına atdım". ![]() Şikayətçinin sözlərinə görə, türk istehsalı olan məhsullarda belə hallara rast gəlinmir: "Aldığımız makaron deyəsən, Azərbaycanda istehsal olunub. Çünki türk istehsalı olan məhsullarda belə halla rastlaşmamışam. Belə edirlər, sonra da yerli məhsulları alan olmur". RUBRIKA/AZ Geri qayıt |