Əsas Səhifə > Cəmiyyət > Ötən gün 122 toy şənliyində monitorinq keçirilib
Ötən gün 122 toy şənliyində monitorinq keçirilib5-01-2022, 09:34 |
|
Yanvarın 4-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 122 toy şənliyinin monitorinqini həyata keçirib. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Monitorinq 116 şadlıq sarayında, 6 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub. 29 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb. Rubrika.Az Geri qayıt |