Əsas Səhifə > Səhiyyə > Gürcüstanda COVID-19-a yoluxanların sayı 945 mini ötüb
Gürcüstanda COVID-19-a yoluxanların sayı 945 mini ötüb5-01-2022, 10:30 |
|
Gürcüstanda ötən sutkada daha 3 436 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 945 609-a, ölənlərin sayı isə 14 041-ə çatıb. Son 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 1 805 nəfər artaraq 906 708 olub. RUBRIKA.AZ Geri qayıt |