Əsas Səhifə > Mədəniyyət > Demetlə əri Rza Zərrabın 50 milyon dollarını mənimsəyib - İddia
Demetlə əri Rza Zərrabın 50 milyon dollarını mənimsəyib - İddia5-01-2022, 11:47 |
|
Demet Akalın və keçmiş əri Okan Kurt vaxtilə Rza Zərrabın 50 milyon dollarını mənimsəyib. Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə "Flash TV'də yayımlanan "Al sana haber" proqramımın aparıcısı Seyhan Soylu məlumat yayıb. Belə ki, 2021-ci ilin son günü, 31 dekabrında Bahar Candan, Yeliz Yeşilmen və Özlem Uçar ilə birlikdə veriliş aparan Seyhan Soylu Demet Akalın köşə yazarları tərəfindən "İlin moda ikonu" seçilməsini qəzəblə qarşılayıb. Aparıcı fevral ayında daha böyük iddialar açıqlayacağını deyərək, "bu işin hələ bitmədiyini" deyib. Qeyd edək ki, bahalı geyimləri ilə gündəmdən düşməyən Demet Akalın ötən il də "İlin moda ikonu" seçilmişdi. Keçmiş əri ilə birlikdə Rza Zərrabın 50 milyon dollarını mənimsəməsi məsələsinə gəldikdə isə, iddiaya görə cütlük 2018-ci ildə İtaliyada istirahətdə olduğu zaman orada Ebru Gündeş və Rza Zərrabla qarşılaşırlar. Ebru ilə Demetin dostluğundan istifadə edən Okan həmin vaxt Rza Zərrabdan 50 milyon dollar borc alıb. Lakin Türkiyəyə qayıtdıqdan sonra iflas etdiyini açıqlayır və pulu geri qaytarmır. Xatırladaq ki, mersinli iş adamı olan Okan Kurtla Demet Akalın 2012-ci ildə nikaha girmişdilər. 2014-cü ildə cütlüyün Hira adlı qızı dünyaya gəlib. Həyat yoldaşını hər fürsətdə çox sevdiyini və evliliyinin çox xoşbəxt olduğunu deyən Demet Akalın qəfildən 2018-ci ildə boşanaraq, hər kəsi şoka salmışdı. RUBRIKA.AZ Geri qayıt |