Əsas Səhifə > Dünya > Rusiya Qazaxıstandakı olaylara münasibət bildirdi
Rusiya Qazaxıstandakı olaylara münasibət bildirdi5-01-2022, 17:31 |
|
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Qazaxıstanda davam edən kütləvi etiraz aksiyalarına münasibət bildirib. “Biz əminik ki, qazax dostlarımız öz daxili problemlərini müstəqil şəkildə həll edə bilərlər”, - deyə Vladimir Putinin sözçüsü vurğulayıb. Xatırladaq ki, Qazaxıstanda yanvar ayının 2-dən etibarən maye qazın bahalaşmasına görə başlayan etirazlar səngimək bilmir. Rubrika.Az Geri qayıt |