Əsas Səhifə > Səhiyyə > Azərbaycanda donuz qripi yayılıb? - Həkimdən açıqlama
Azərbaycanda donuz qripi yayılıb? - Həkimdən açıqlama6-01-2022, 11:45 |
![]() Son zamanlar yüksək hərarət, bitməyən öskürək, üşütmə, titrətmə və halsızlıq şikayətləri ilə koronavirus testi verənlərin testi də neqativ çıxır... Həkim-pediatr: “Ölkədə donuz qripinin olması ilə bağlı yayılan xəbərlər yalandır. Belə bir şey yoxdur”. “İndi istər böyüklər, istərsə də uşaqlar arasında yayılan xəstəlik normal mövsümü qripdir. Mövsümü qripin yüksək hərarət, bitməyən öskürək, üşütmə, titrətmə və halsızlıqla olması təbiidir”. Bu sözləri həkim-pediatr Əli Quliyev Azərbaycanda donuz qripinin yayılması xəbərini PİA.az-a şərh edərkən qeyd edib. Sosial şəbəklərdə Azərbaycanda donuz qripinin yayılması bağlı məlumatlar yayılır. Son zamanlar yüksək hərarət, bitməyən öskürək, üşütmə, titrətmə və halsızlıq şikayətləri ilə koronavirus testi verənlərin testi də neqativ çıxır. Bəzi həkimlərin həmin xəstələrə donuz qripi diaqnozu qoyulması ilə bağlı bizə məlumatlar daxil olur. Doğrudanmı hansısa xəstəyə donuz qripi dianozu qoyulub? Ümumiyyətlə donuz qripi diaqnozu necə və hansı şəraitdə qoyulur? Mövzunu PİA.az-ın əməkdaşı adı xəstələrə belə bir diaqnoz qoymaqda keçən həkim-pediatr Əli Quliyev ilə müzakirə edib. Əli Quliyev: “Mövsümü qriplərin ağır olmasını gözləyirik. Amma insanlar arasında yayılan donuz qripi deyil, mövsümü qripdir”. Pandemiya dövründə hər yer bağlanmışdı deyə, adi qripin elə də çox yayılmadığına diqqət çəkən həkim PİA.az-a açıqlamasında qeyd edib ki, indi çox yerlərə qoyulan məhdudiyyətlər ortadan qaldırılıb və bu üzdən də insanların qrip olmasına görə cəmiyyətdə narahatçılıq yaranıb: “Ölkədə donuz qripinin olması ilə bağlı yayılan xəbərlər yalandır. Belə bir şey yoxdur. İndi istər böyüklər, istərsə də uşaqlar arasında yayılan xəstəlik normal mövsümü qripdir. Mövsümü qripin yüksək hərarət, bitməyən öskürək, üşütmə, titrətmə və halsızlıqla olması təbiidir. Yəni hər il mövsümü qrip necə idisə, bu ildə elədir. Pandemiya dövründə hər yer bağlanmışdı deyə, adi qrip elə də çox yayılmırdı. İndi çox yerlərə qoyulan məhdudiyyətlər ortadan qaldırılıb və insanların qrip olmasına görə də cəmiyyətdə narahatçılıq yaranıb. Bir daha qeyd edim ki, mövsümü qriplərin ağır olmasını gözləyirik. Amma insanlar arasında yayılan donuz qripi deyil, mövsümü qripdir”. Qeyd edək ki, donuz qripinin adi qriplə müqayisədə heç bir spesifik xüsusiyyəti yoxdur. Adi qriplərdə olduğu kimi donuz qripi də eyni klinik əlamətlərə, gedişə malikdir. İlk gündən temperatur olur, baş ağrıyır, zəiflik, halsızlıq, əzələ ağrıları olur. Bu xəstəliyin əlamətləri ilk gündən insanı yatağa sala bilər. Xəstəliyin ikinci, üçüncü günündən zökəm əlamətləri olur. Burun tutulur, asqırmaq olur, burunda selikli ifrazat, gözdən su axır. Rubrika.Az Geri qayıt |