Əsas Səhifə > İdman > Cüdo millilərimizin yeni baş məşqçilərinin adları açıqlandı

Cüdo millilərimizin yeni baş məşqçilərinin adları açıqlandı


6-01-2022, 16:12
Cüdo millilərimizin yeni baş məşqçilərinin adları açıqlandı

Azərbaycan Cüdo Federasiyasının iclası keçirilib.

Federasiyadan verilən məlumata görə toplantıda cüdo üzrə Azərbaycan milli komandalarının yeni məşqçilər heyəti təsdiqlənib.

Gənclərdən ibarət yığmanın baş məşqçisi Elçin İsmayılov böyüklərdən ibarət komandanın məşqçisi təyin edilib. Onunla yanaşı Mehman Əzizov da baş məşqçi Mövlud Mirəliyevin köməkçisi təyin olunub. Gənclərdən ibarət yığmanın məşqisi Zaur Babayev də işini əsas millidə davam etdirəcək.

Əsas millinin sabiq məşqçisi Avropa və dünya çempionu Elxan Məmmədov gənclərdən ibarət komandanın baş məşqçisi olub. Əsas yığmada məşqçi vəzifəsindən ayrılan Elxan Rəcəbli və Rüstəm Alimli Məmmədovun köməkçisi olacaqlar.

Bundan əlavə, sabiq cüdoçulardan Nicat Şıxəlizadə yeniyetmələrdən ibarət komandaya, Kifayət Qasımova isə qadınlardan ibarət komandaya məşqçi ediliblər.

Böyüklərdən ibarət komanda

Baş məşqçi: Mövlud Mirəliyev
Böyük məşqçi: Elçin İsmayılov
Məşqçilər: Mehman Əzizov, Zaur Babayev

Gənclərdən ibarət komanda

Baş məşqçi: Elxan Məmmədov
Məşqçilər: Elxan Rəcəbli, Rüstəm Alimli

Yeniyetmələrdən ibarət komanda

Baş məşqçi: Ramiz Ramizzadə
Məşqçilər: Emin İskəndərov, Nicat Şıxəlizadə

Qadınlardan ibarət komanda

Baş məşqçi: Rəşad Məmmədov
Məşqçi: İmamverdi Məmmədov
Məşqçilər (gənclər): Vüqar Hüseynov, Kifayət Qasımova
Məşqçi (yeniyetmələr): Elnur İsmayılov

Rubrika.az
Geri qayıt