Əsas Səhifə > Aktual > Eks-deputatın ağacları kəsməsi təsdiqləndi: Materiallar prokurorluğa göndərildi

Eks-deputatın ağacları kəsməsi təsdiqləndi: Materiallar prokurorluğa göndərildi


6-01-2022, 16:44
Eks-deputatın ağacları kəsməsi təsdiqləndi: Materiallar prokurorluğa göndərildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Məclisin eks-deputatı Nəriman Əliyevin Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 10 C ünvanında ağacları kəsməsinə münasibət bildirib.

Dövlət Ekoloji Təhlükəsiz xidmətinin rəisi Hikmət Əlizadə Oxu.Az-a açıqlamasında bildirib ki, ağacların kəsilməsi ilə bağlı müraciət əsasında toplanan materiallar Baş Prokurorluğa göndərilib:

“Ələsgər Qayıbov küçəsi 10 C ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Ərazidə 21 şam ağacının kəsildiyi müəyyənləşib. Faktla bağlı akt tərtib olunub”.

Rubrika.Az
Geri qayıt