Əsas Səhifə > Dünya > Rusiya: “Qazaxıstandakı iğtişaşlarda xarici qüvvələrin əli var...”
Rusiya: “Qazaxıstandakı iğtişaşlarda xarici qüvvələrin əli var...”6-01-2022, 16:57 |
|
Rusiya Xarici İşlər Nazirliyi xarici qüvvələrin Qazaxıstandakı iğtişaşlara təsirini bəyan edir. Qaynarinfo xəbər verir ki, bu barədə XİN-in saytında yerləşdirilən məlumatda deyilir. Moskva qonşu ölkədə baş verən son hadisələri "kənardan ilhamlanaraq dövlətin təhlükəsizliyini və bütövlüyünü pozmaq üçün təlim keçmiş və mütəşəkkil silahlı birləşmələrdən istifadə edərək güc tətbiqi cəhdi” kimi qiymətləndirir. Nazirlik həmçinin qeyd edib ki, Rusiya Federasiyası gələcək addımların işlənib hazırlanması üçün Qazaxıstanın hakimiyyət orqanları və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) digər tərəfdaşları ilə sıx məsləhətləşmələri davam etdirəcək. Tərəflər antiterror əməliyyatının keçirilməsində, həmçinin mülki əhalinin və strateji əhəmiyyətli infrastrukturun qorunmasında Qazaxıstanın hüquq-mühafizə orqanlarına yardım göstərilməsi məsələlərini müzakirə edirlər. Bundan əlavə, XİN KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin məhdud müddətə Qazaxıstana göndərilməsi barədə qərar qəbul edildiyini xatırladıb. Qərar Kollektiv Təhlükəsizlik Müqavilənin 4-cü maddəsinə uyğun olaraq qəbul edilib. Burada nəzərdə tutulur ki, iştirakçı dövlətlərdən hər hansı birinə silahlı hücum olarsa, bütün digər ölkələr ona dərhal lazımi dəstək və yardım, o cümlədən hərbi yardım göstərə bilər. Bu il yanvarın ilk günlərində Qazaxıstanda kütləvi etiraz aksiyaları başlayıb. Ölkənin qərbində neft hasil edən bölgə olan Mangistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri qazın qiymətlərinin iki dəfə artmasına qarşı küçələrə çıxıb. Daha sonra nümayişlər digər şəhərlərə, o cümlədən Almatı və paytaxt Nur-Sultana yayılıb. Bir gün əvvəl, yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau və Almatı vilayətlərində, daha sonra Almatı və Nur-Sultanda iki həftəlik fövqəladə vəziyyət elan edib. RUBRIKAAZ Geri qayıt |