Əsas Səhifə > Dünya > ABŞ Rusiya qoşunlarının Qazaxıstana daxil olmasını düzgün addım saymır
ABŞ Rusiya qoşunlarının Qazaxıstana daxil olmasını düzgün addım saymır7-01-2022, 09:20 |
|
“Birləşmiş Ştatlar Qazaxıstan hakimiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələrinin ölkəyə yerləşdirilməsi tələbinin qanuni olub-olmadığını bilmir”. TASS xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Cen Psaki bildirib. Onun sözlərinə görə, Vaşinqton KTMT-nin Qazaxıstana Kollektiv Sülhməramlı Qüvvələri göndərməsi ilə bağlı xəbərləri diqqətlə izləyir. “Qazaxıstanın bu müraciətinin mahiyyəti, hüquqi dəvət olub-olmaması ilə bağlı suallarımız var. Hazırda biz bunu bilmirik”, - deyən Psaki Təşkilatın qüvvələrini və hüquq-mühafizə orqanlarını beynəlxalq insan hüquqları öhdəliklərinə əməl etməyə çağırıb. Rubrika.Az Geri qayıt |