Əsas Səhifə > Səhiyyə > Son sutkada 547 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib
Son sutkada 547 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib7-01-2022, 17:33 |
|
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 547 yeni yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan PİA.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 620 049 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 604 537 nəfər müalicə olunaraq sağalıb, 8 431 nəfər vəfat edib, aktiv xəstə sayı 7081 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 139, ötən müddət ərzində isə ümumilikdə 5 922 366 test aparılıb. RUBRİKA.AZ Geri qayıt |