Əsas Səhifə > Səhiyyə > Çində “Omikron” tapıldı: 20 nəfərə görə 14 milyon şəxs testdən keçiriləcək

Çində “Omikron” tapıldı: 20 nəfərə görə 14 milyon şəxs testdən keçiriləcək


9-01-2022, 23:29
Çində “Omikron” tapıldı: 20 nəfərə görə 14 milyon şəxs testdən keçiriləcək

Çinin Tianjin şəhərində əksəriyyəti uşaqlar olan 20 nəfərin koronavirusa yoluxmasından sonra 14 milyon insan kütləvi koronavirus testindən keçirilməyə başlayıb.

Şəhərdə aşkar edilmiş yoluxma hallarının on beşi 8-13 yaş arasında olan uşaqlara aiddir. Bu halların ən azı ikisi “Omikron” variantı kimi qeydə alınıb.

Qeyd edək ki, bu Çində görünən ilk “Omikron”a yoluxma halıdır. Hazırda ölkədə fevralın 4-də başlayacaq Qış Olimpiya Oyunları öncəsi koronavirusa qarşı “sıfır tolerantlıq” strategiyası həyata keçirilir.

Rubrika.Az
Geri qayıt