Əsas Səhifə > Cəmiyyət > Hava şəraitinə görə Bakı-Naxçıvan təyyarəsi geri qayıtdı
Hava şəraitinə görə Bakı-Naxçıvan təyyarəsi geri qayıtdı11-01-2022, 10:04 |
|
Əlverişsiz hava şəraiti (güclü duman) səbəbindən, AZAL-ın J2-251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmağa qərar verib. Bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb. Bildirilib ki, təyyarə saat 08:50-də Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib. Hava şəraiti yaxşılaşdıqdan sonra sərnişinlər Naxçıvana yola düşəcəklər. Rubrika.Az Geri qayıt |