Əsas Səhifə > Cəmiyyət > DİN valideynlərə müraciət etdi
DİN valideynlərə müraciət etdi11-01-2022, 15:58 |
|
Daxili İşlər Nazirliyi (DİN) valideynlərə müraciət edib. DİN-dən daxil olan müraciətdə deyilir: "Uşaqlarınızın internet asılılığından xilas olması üçün aşağıdakılara əməl edin: - övladlarınızı sakitləşdirmək və ya yemək yedizdirmək üçün telefondan, planşetdən istifadə etməyin; - övladlarınızın suallarını cavabsız qoymayın, "işim var, məşğulam, sonra..." deməyin. Əgər belə etsəniz onlar onu dinləyən virtual "dost"lar axtaracaq; - günlük internet istifadəsi üçün vaxt müəyyən edin və həmin vaxt limitini əsla aşmayın; - övladlarınızı bacardığı və maraqlandığı sahələrə, hobbilərə yönləndirin; - övladınızın kompüter və smartfondan istifadəsini nəzarətdə saxlayın və virtual mühitdəki dostlarını tanıyın; - övladlarınızın real həyatdakı dostluq münasibətlərini dəstəkləyin və onların real həyatda görüşüb səmərəli vaxt keçirmələri üçün planlar qurun. Sağlam gələcək üçün sağlam övladlar yetişdirək!" Rubrika.az Geri qayıt |