Əsas Səhifə > Cəmiyyət > Son sutkada 673 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib - FOTO
Son sutkada 673 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib - FOTO11-01-2022, 17:15 |
|
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 673 yeni yoluxma faktı qeydə alınıb 392 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 622 236 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 606 311 nəfər müalicə olunaraq sağalıb, 8 471 nəfər vəfat edib, aktiv xəstə sayı 7 454 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 333, ötən müddət ərzində isə ümumilikdə 5 957 603 test aparılıb. Rubrika.az Geri qayıt |