Əsas Səhifə > Səhiyyə > Azərbaycanda koronavirusa ən az yoluxmanın qeydə alındığı ərazi açıqlandı
Azərbaycanda koronavirusa ən az yoluxmanın qeydə alındığı ərazi açıqlandı12-01-2022, 09:25 |
![]() Ötən il Naxçıvan Muxtar Respublikasında 200 min nəfərdən çox vətəndaş vaksinasiya prosesinə cəlb olunub. Həmçinin risk qrupuna daxil olan səhiyyə işçilərinə qrip virusuna qarşı peyvəndlərin tətbiqinə başlanılıb. 2022-ci ilin yanvar ayından tətbiq olunan qrip əleyhinə peyvənd bu gün 100-dən artıq tibb işçisinə vurulub. Aparılan tibbi-profilaktik tədbirlərin nəticəsi olaraq, ölkə üzrə koronavirusa ən az yoluxma faktı Naxçıvanda qeydə alınıb. Bu barədə Rubrika.az Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə istinadən xəbər verir. Nazirlik bildirib ki, COVID-19 pandemiyasına qarşı vaksinasiya tədbirləri davam etdirilir. Rubrika.az Geri qayıt |