Əsas Səhifə > İstisadiyyat > "Banklar dolların alış qiymətini qaldırıb, araşdırmaq lazımdır" - NƏ BAŞ VERİR?

"Banklar dolların alış qiymətini qaldırıb, araşdırmaq lazımdır" - NƏ BAŞ VERİR?


12-01-2022, 17:14
"Banklar dolların alış qiymətini qaldırıb, araşdırmaq lazımdır" - NƏ BAŞ VERİR?

Azərbaycanda bankların ABŞ dollarının alış qiymətini qaldırdığı iddia edilir.

Rubrika.Az yeniavaz.com-a istinadən xəbər verir ki bu barədə iqtisadçı ekspert Samir Əliyev feysbuk profilində paylaşım edib.

O bildirib ki, alış qiyməti Mərkəzi Bankın rəsmi məzənnəsi ilə eynidir.
“FED-in gözlənilən qərarı ilə əlaqəli deyil. İlin sonu olanda banklarda və əhalidə özünüqoruma instikti yaranır. Amma indi ilin əvvəlidir. Araşdırmaq lazımdır” – deyə ekspert bildirib.

Ekspert həmçinin qeyd edir ki, dolların satışı bahalaşmayıb.
Qeyd edək ki, Mərkəzi Bankın bu günə olan məzənnəsində 1 ABŞ dolları 1.7000 Azərbaycan manatına bərabər göstərilir.

Rubrika.Az
Geri qayıt