Əsas Səhifə > Səhiyyə > Daha bir həkim koronavirusdan vəfat etdi
Daha bir həkim koronavirusdan vəfat etdi12-01-2022, 17:51 |
![]() Goranboy Mərkəzi Rayon Xəstəxanasının həkimi Əliyeva İradə Cahangir qızı koronavirusdan vəfat edib. Rubrika.Az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya mərhumun işlədiyi tibb müəssisəsindən məlumat verilib. Bildirilib ki, İ. Əliyeva bir müddət əvvəl COVID-19-a yoluxub və Xırdalan şəhərində yerləşən modul tipli xəstəxanada müalicə alıb. Sonradan vəziyyəti pisləşdiyindən Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına köçürülüb. Lakin həkimin həyatını xilas etmək mümkün olmayıb və yanvarın 9-da sonuncu müalicə aldığı klinikada dünyasını dəyişib. İ. Əliyeva Goranboy xəstəxanasında fizioterapevt kimi çalışıb. Rubrika.Az Geri qayıt |