Əsas Səhifə > Dünya > “Bu gün Qarabağda dəlilər yaşayır…” – Lusine Qaraxanyan

“Bu gün Qarabağda dəlilər yaşayır…” – Lusine Qaraxanyan


13-01-2022, 12:22
“Bu gün Qarabağda dəlilər yaşayır…” – Lusine Qaraxanyan

Xarici mərkəzlər, xüsusən Kreml tərəfindən idarə olunan və əslində erməni toplumunun bugünkü dincliyini və gələcəyini düşünmədən, sadəcə, öz maddi və siyasi karyeralarını daha da gücləndirmək məqsədi güdən revanşist erməni qüvvələri Azərbaycanla münasibətləri gərginləşdirməkdə davam edir.

Növbəti belə revanşist və işğalçı, faşist xislətli çıxışı Azərbaycan torpaqlarında Rusiya hərbi kontingentinin himayəsinə sığınmış separatçı-terrorçu rejim tör-töküntüsünün qanunsuz “təhsil və elm naziri” Lusine Qaraxanyan Ermənistanın “24TV” telekanalında edib. RUBRIKA.AZ moderator.az-a istinadən xəbər verir ki, “ArmenianReport”un yazdığına görə, separatçı məmur qadın öz çıxışında sonuncu Qarabağ müharibəsinə və “ondan sonra yaranan reallığa” istinad edərək “Gənc nəsillərimizin qaymağını məhv etmək onlara baha başa gələcək” –söyləyib.

“Azərbaycanlılar hər saniyə qisas təhlükəsini hiss edir və bu qisas baş tutacaq. Biz hələ döyüşəcəyik. Bu gün Qarabağda dəlilər yaşayır və mən Qarabağdan çıxanları fərari hesab edirəm.
Biz Qəzza zolağıyıq, biz müharibə haqda fikirlərlə uzanır və müharibə haqda düşüncələrlə oyanırıq. Bu, bizim həyat tərzimizdir və güclənənə qədər bununla barışmalıyıq. Ayıq olmalı, öz silahlarımıza sahib çıxmalı və heç kimə arxalanmamalıyıq. Biz gələcəyimizi xilas edəcəyik. Artsaxı müstəqil saxlayacağıq, erməniyiliyi qoruyub saxlayacağıq. Artsax erməni dünyasının şərq qalası olaraq qalmaqda davam edəcək. Artsax erməni milli ideologiyasının hərəkətverici qüvvəsidir. Biz Artsaxı beynəlxalq ictimaiyyət üçün cəlbedici elm və təhsil vahəsinə çevirmək üçün sistemli addımlar atacağıq”, - üzdəniraq “təhsil naziri” Lusine Karaxanyan belə deyib.

Rubrika.az
Geri qayıt