Əsas Səhifə > Təhsil > Uşağı vuran tərbiyəçinin kimliyi açıqlandı (RƏSMİ)
Uşağı vuran tərbiyəçinin kimliyi açıqlandı (RƏSMİ)14-01-2022, 11:30 |
|
İsmayıllı rayonunda uşaq bağçasında azyaşlını vuran tərbiyəçi barədə təhqiqat başlayıb. Rubrika.Az bildirir ki, bu barədə DİN-dən məlumat verilib. Bildirilib ki, hadisə ilə əlaqədar rayon polis şöbəsinin təhqiqat qrupu bağçadadır, müvafiq sorğu və izahat işləri aparılır: "Üç yaşlı uşağı vuran baxçanın tərbiyəçi – müəlliməsi 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova təhqiqata cəlb edilib. Həmin şəxs ailəlidir, 2 övladı var. Araşdırmanın nəticəsindən asılı olaraq, hüquqi tədbir görüləcək". Rubrika.Az Geri qayıt |