Əsas Səhifə > Aktual > Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır - RƏSMİ + YENİLƏNİB

Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır - RƏSMİ + YENİLƏNİB


18-01-2022, 22:08
Goranboy sakininin minaya düşməsi ilə bağlı araşdırma aparılır - RƏSMİ + YENİLƏNİB

Yanvarın 18-də 1996-cı il təvəllüdlü Vüqar Məmmədovun Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy rayon prokurorluğunundan Oxu.Az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilmişdir. Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


21:14

Goranboy sakini minaya düşüb.

Hdisəa rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu qoyun otaran zaman minaya düşüb. Xəstə xəstəxanaya yerləşdilib, onun ayağı amputasiya edilib.

Hazırda vəziyyəti orta ağırdır.

Rubrika.az
Geri qayıt