Əsas Səhifə > Dünya > Paşinyan Avropa Məhkəməsində Ermənistana qarşı işdə qalib gəlib
Paşinyan Avropa Məhkəməsində Ermənistana qarşı işdə qalib gəlib19-01-2022, 09:04 |
|
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) yanvarın 18-də “Nikol Paşinyan Ermənistana qarşı” işinə dair qərarını açıqlayıb. “Report”un qurumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, AİHM Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsinin, eləcə də Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozulduğuna qərar verib. Ermənistan Baş naziri Nikol Paşinyanın iddiası 2008-ci il 19 fevral tarixli prezident seçkilərilə əlaqədardır. Həmin vaxt o, namizəd Levon Ter-Petrosyanın fəal tərəfdarı və seçki qərargahının üzvü olub. Paşinyan bildirib ki, martın 1-də polis İrəvandakı Azadlıq meydanında çadırlar quran mitinq iştirakçılarına hücum edib və onları qəddarlıqla döyüb. 2009-cu ilin 3 iyul tarixində N.Paşinyan İrəvan şəhəri Kentron və Nork Maraş Dairə Məhkəməsinə çıxarılıb və iki ay müddətli həbs cəzasına məhkum edilib. AİHM-ə Avropa Məhkəməsinə müraciətində Nikol Paşinyan Konvensiyanın 5-ci maddəsinə uyğun olaraq onun həbsinin qanunsuz olduğunu bildirib. Rubrika.az Geri qayıt |