Əsas Səhifə > Dünya > Qazaxıstana yeni müdafiə naziri təyin edilib
Qazaxıstana yeni müdafiə naziri təyin edilib19-01-2022, 14:02 |
|
General-leytenant Ruslan Jaksılıkov Qazaxıstanın müdafiə naziri təyin olunub. Rubrika.Az xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokayev müvafiq sərəncam imzalayıb. Xatırladaq ki, R.Jaksılıkov ötən ilin sentyabrında Qazaxıstan daxili işlər nazirinin müavini – Milli Qvardiyanın komandanı vəzifəsinə təyin olunmuşdu. Qeyd edək ki, R.Jaksılıkov 1966-cı ildə Almatı vilayətinin Kaskelen şəhərində anadan olub. O, 1996-cı ildə Frunze adına Hərbi Akademiyasından “komanda-qərargah əməliyyat-taktiki qoşun kəşfiyyatı” ixtisası üzrə məzun olub. R.Jaksılıkov 2004-cü ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasının ali akademik kurslarını “dövlətin hərbi təhlükəsizliyi” ixtisası üzrə bitirib. Rubrika.Az Geri qayıt |