Əsas Səhifə > İstisadiyyat > Hökumət ərzaq məhsulları ilə təminat sahəsində əsas prinsipləri açıqlayıb
Hökumət ərzaq məhsulları ilə təminat sahəsində əsas prinsipləri açıqlayıb21-01-2022, 17:29 |
|
Azərbaycan hökuməti əsas ərzaq məhsulları ilə təminat sahəsindəki prinsipləri açıqlayıb. Nazirlər Kabinetindən bildirilib ki, hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir. Qeyd olunub ki, yanvarın 18-də Nazirlər Kabinetində keçirilmiş Hökumətin iclasında Baş nazir Əli Əsədovun yekun nitqində səsləndirilib, əsas ərzaq məhsulları, xüsusilə də taxıl ilə təminat sahəsində verilmiş tapşırıqların əsasını 6 baza prinsip təşkil edir. Bu prinsiplər əsas ərzaq məhsulları ilə təminatın strategiyasının təməl prinsipləridir. - Baza prinsip odur ki, ərzaq təhlükəsizliyində, əsas məhsullar üzrə ağırlıq mərkəzi əsasən yerli istehsalın üzərinə keçirilir. Məhsulun maya dəyərini aşağı salmaq, keyfiyyətini yüksəltmək və həcmini artırmaq; - Bu baza prinsipdən çıxan ikinci baza prinsip odur ki, hökumət idxalı deyil, istehsalı subsidiyalaşdırmaq xəttini qəbul edir; - Üçüncü prinsip əsas ərzaq məhsullarının qiymətinin liberallaşdırılmasıdır. Bu, sahibkar üçün çox mühüm stimuldur; - İki qırmızı xətt müəyyənləşdirilib: birincisi, süni qiymət artımına yol verməmək, ikincisi, sahibkarların marjasının təmin olunmasıdır; - Haqsız rəqabətə qarşı mübarizə gücləndiriləcək; - Subsidiyaların nəticəyə görə verilməsi prinsipi. Bu prinsip subsidiyalaşma sahəsində şəffaflığı artırmaq və daha çox məhsul istehsalını stimullaşdırmaq məqsədi daşıyır. Rubrikaşaz Geri qayıt |