Əsas Səhifə > Bölgə > «Star Construktion-12» QSC KİMİNDİR Kİ BELƏ? - 6 tender, 42 milyon manat...
«Star Construktion-12» QSC KİMİNDİR Kİ BELƏ? - 6 tender, 42 milyon manat...24-01-2022, 12:17 |
![]() Azərbaycanda dövlət tenderlərindən böyük vəsaitlər əldə edən daha bir tikinti şirkəti aşkar edilib. Rubrika.Az verir ki, bu – «Star Construktion-12» QSC-dir (VÖEN 1004166441). Sözügedən şirkət 2021-ci ildə iştirak etdiyi dövlət tenderlərində 42 milyon manatdan artıq, daha dəqiqi 42 milyon 412 min manatlıq sifariş qazanıb. Şirkət bu sifarişləri cəmi 6 tenderlə əldə edib – bir tenderin orta qiyməti 7 milyon manat. Maraqlıdır ki, «Star Construktion-12» QSC-nin əsas «müştərisi» Bakı İcra hakimiyyəti və onun tabeliyində olan qurumlar olub. Şirkət 6 tenderdən 5-ni Bakı İcra hakimiyyətindən udub – 41 milyon 229 min manat. Qeyd edək ki, «Star Construktion-12» QSC-nin nizamnamə kapitalı 2050 manatdır. Şirkətin hüquqi ünvanı Bakı Şəhəri Binəqədi Rayonu, Binəqədi Şossesi, ev 53-də yerləşir. Qanuni təmsilçisi: Mirsahib Bayramovdur.(FED.az) ![]() ![]() Rubrika.Az Geri qayıt |