Əsas Səhifə > Səhiyyə > Daha 7 özəl xəstəxana vətəndaşlara pulsuz xidmət göstərəcək (SİYAHI)
Daha 7 özəl xəstəxana vətəndaşlara pulsuz xidmət göstərəcək (SİYAHI)25-01-2022, 12:46 |
|
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə daha 7 tibb müəssisəsi ilə müqavilə bağlayıb. Rubrika.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova qurumun ötən ilki fəaliyyətinə həsr olunan brifinqdə deyib. Onun sözlərinə görə, agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 27-dən 34-ə qədər yüksəlib. Müqavilə imzalanan tibb müəssisələrinin siyahısını təqdim edirik: 1. Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs 2. Mərkəzi Klinik Xəstəxana 3. Caspian International Hospital 4. Respublika Diaqnostika Mərkəzi 5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi 6. Gəncə Beynəlxalq Xəstəxanası 7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası 8. Mərkəzi Neftçilər Xəstəxanası 9. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi 10. EGE Hospital 11. Sumqayıt Hospital 12. Avrasiya Hospital 13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi 14. Leyla Medical Center 15. Badam Medical Center 16. Lor Hospital 17. Məlhəm Beynəlxalq Hospital 18. "OKİ” Özəl Tibbi Müalicəxanası 19. "Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (Zəfəran hospital) 20. Oksigen Klinik Xəstəxanası 21. Diaqnoz Tibb Mərkəzi 22. "Ortoped” Məhdud Məsuliyyətli Cəmiyyət 23. Mediland Hospital 24. Medera Hospital 25. Stimul Hospital 26. Medistyle Hospital 27. Batıgöz Medical Plaza Məhdud Məsuliyyətli Cəmiyyət 28. "Citolab” MMC 29. "ANES” MMC 30. "Salam Doktor” MMC 31. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası 32. İstanbul NS klinikası MMC 33. "Olimp-Hospital” Məhdud Məsuliyyətli Cəmiyyət 34. "ŞAMA” Məhdud Məsuliyyətli Cəmiyyət (KƏPƏZ HOSPİTAL) Müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir. Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Rubrika.Az Geri qayıt |