Əsas Səhifə > Səhiyyə > BioNTech/Pfizer “omikron”a qarşı peyvənd hazırlayır
BioNTech/Pfizer “omikron”a qarşı peyvənd hazırlayır26-01-2022, 09:17 |
|
BioNTech/Pfizer konsonsiumu koronavirusun “Omikron” ştammına qarşı peyvəndin kliniki sınaqlarına başlayıb. Bu mərhələdə sınaqlar 18-55 yaşlı şəxslər arasında aparılacaq. Tədqiqat zamanı həmçinin həm hazırkı Pfizer/BioNTech, həm də “Omikron”a qarşı peyvəndin müxtəlif tətbiq sxemlərini müqayisə etmək üçün müxtəlif qruplar yaradılacaq. Ümumilikdə sınaqlarda üç qrupa bölünməklə 1420 nəfər iştirak edəcək. Rubrika.Az Geri qayıt |