Əsas Səhifə > İstisadiyyat > "Azeri Light" neftinin qiyməti yenidən 94 dollara çatdı
"Azeri Light" neftinin qiyməti yenidən 94 dollara çatdı27-01-2022, 11:32 |
![]() Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb. Rubrika.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,68 ABŞ dolları və ya 2,94% artaraq 93,84 dollar təşkil edib. Dünən "Brent” markalı neftin bir bareli 89,24 ABŞ dolları olub. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Rubrika.Az Geri qayıt |