Əsas Səhifə > Aktual > Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı


31-01-2022, 16:37
Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2186 yeni yoluxma faktı qeydə alınıb, 764 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Rubrika.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 14nəfər COVID-19-dan dünyasını dəyişib.

Koronavirus (COVID-19) əleyhinə 18 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanlar yoxdur, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, "buster” doza üzrə isə 13 vaksin vurulub.

Vurulan vaksinlərin ümumi sayı 12 000 767, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 230 388, ikinci mərhələ üzrə 4 742 172nəfər təşkil edir. Ümumilikdə isə 2 028 205 "buster” doza vurulub.

Rubrika.Az
Geri qayıt