Əsas Səhifə > Mədəniyyət > Alim Qasımov nəvəsinin toyundan danışdı: “Vallah, hələ ayılmamışam”
Alim Qasımov nəvəsinin toyundan danışdı: “Vallah, hələ ayılmamışam”1-02-2022, 09:56 |
![]() "Nəvə toyunu görmək Allah bizə də nəsib etdi". Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti, sevilən sənətkar Alim Qasımov nəvəsinin toyundan danışarkən deyib. Xanəndə Azərbaycan xalqına xoş gün arzulayıb: "Allah bütün subaylarımıza toy sevinci yaşatsın". Toyda "Azan" oxumusunuz. "Azan"ı özünüz oxudunuz, ya qonaqların arzusu ilə” sualına Alim Qasımovun cavabı belə oldu: "Vallah xəbərim yoxdur, canım üçün hələ ayılmamışam... Toy oxumaq, oynamaq üçündü..." Qeyd edək ki, yanvarın 30-da Xalq artisti Alim Qasımovun nəvəsi Fatimə ilə "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinovun oğlu Ümidin qız toyu olub. Fatimə Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. Rubrika.az Geri qayıt |