Əsas Səhifə > Səhiyyə > Worldometer: Dünyada koronavirusa yoluxma hallarının sayı 380 milyonu ötüb
Worldometer: Dünyada koronavirusa yoluxma hallarının sayı 380 milyonu ötüb2-02-2022, 12:18 |
![]() Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 380 milyon nəfəri ötüb. AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, son sutkada koronavirusa 3 milyon 2 min 497 yeni yoluxma faktı aşkarlanıb. Bununla da yoluxanların ümumi sayı 381 milyon 935 min nəfəri keçib. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 5 milyon 705 min nəfərə, sağalanların sayı 302 milyon 829 min nəfərə çatıb. ABŞ COVID-19 infeksiyasına həm yoluxanların, həm də ölənlərin sayına görə dünyada liderlik edir. Ölkədə koronavirusa 76 milyon 516 mindən çox insan yoluxub, onlardan 913 min 924 nəfəri həyatını itirib, 46 milyon 647 mindən çox insan isə sağalıb. Yoluxanların sayına görə ikinci yerdə gedən Hindistanda 41 milyon 630 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 497 min 996 nəfər vəfat edib, sağalanların sayı 39 milyon 511 min nəfərə çatıb. Yoluxma göstəricisinə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 25 milyon 625 min nəfər virusa yoluxub, onlardan 628 min 132 nəfəri ölüb, 22 milyon 353 min nəfəri sağalıb. Rubrika.Az Geri qayıt |