Əsas Səhifə > Aktual > Yenidən seçilən Saleh Məmmədovdan narazılıqlara REAKSİYA
Yenidən seçilən Saleh Məmmədovdan narazılıqlara REAKSİYA3-02-2022, 12:47 |
![]() Azərbaycan Həndbol Federasiyasının (AHF) hesabat-seçki konfransı keçirilib. RUBRİKA.AZ xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub. AHF-in hazırkı prezidenti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yenidən federasiya rəhbəri seçilib. Qeyd edək ki, S.Məmmədov 2016-cı il dekabrın 1-dən AHF-ə rəhbərik edir. Saleh Məmmədov narazı həndbolçularla bağlı məsələyə münasibət bildirib. "Həndbolla məşğul olanlar bilməlidir ki, Azərbaycanda ilk dəfə həndbol komandası 1955-ci ildə yaradılıb" deyən Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov bildirib ki, daha əvvəl ölkədə qadınlar bu növlə məşğul olmayıb: "Azərbaycanda görkəmli kişi həndbolçular olub. Onlar həmişə uğurlar qazanıb. Bu gün ölkədə 6 kişi, 4 qadın komandası var. 6 idmançı təcrid edilib. Onlar peşəkar yox, həvəskarlardır. İdmanda yaş həddi də var. Onların yaş həddi uyğun gəlmədiyi üçün Şura üzvləri tərəfindən xaric edilib. Gələcəkdə onlarla başqa cür əməkdaşlığa hazırıq. Yenilikçiləri qəbul etməyə hazırıq. Onlar şəxsən mənə müraciət etməyiblər". Rubrika.Az Geri qayıt |