Əsas Səhifə > İdman > Los-Anceles Olimpiya Oyunlarının müvəqqəti proqramı təsdiqlənib
Los-Anceles Olimpiya Oyunlarının müvəqqəti proqramı təsdiqlənib4-02-2022, 09:24 |
|
Beynəlxalq Olimpiya Komitəsi 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Oyunlarının müvəqqəti proqramına 28 idman növünü daxil edib. Bu barədə qərar BOK-un sessiyasında qəbul edilib. Bildirilir ki, BOK əvvəllər qurumun icraiyyə komitəsinin dəstəyini almış olimpiya proqramı üzrə komissiyanın təklifi ilə razılaşıb. 28 idman növünə “Tokio-2021” Oyunlarında debüt edən skeytbordinq, sörfinq və qayayadırmanma daxildir. Boks, ağır atletika və müasir beşnövçülük gözləmə siyahısında qalsa da, beynəlxalq federasiyalar Olimpiya proqramında yerlərini saxlamaq üçün islahatları başa çatdırmalıdırlar. Rubrika.Az Geri qayıt |