Əsas Səhifə > Cəmiyyət > Bakıda şiddətli külək gözlənilir - Xəbərdarlıq
Bakıda şiddətli külək gözlənilir - Xəbərdarlıq4-02-2022, 10:30 |
|
Bakıda və Abşeron yarımadasında fevralın 5-də hava şəraitinin arabir yağıntılı olacağı, şimal-qərb küləyinin sürətinin 15-20 m/san olacağı gözlənilir. Milli Hidrometerologiya Xidmətinidən verilən xəbərə görə, gündüz bəzi yerlərdə küləyin sürətinin arabir 23-28 m/san-dək artacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enəcək. Azərbaycanın rayonlarında hava şəraiti qeyri-sabit olacaq. Sabah axşam qərb rayonlarından başlayaraq fevralın 6-sı səhərədək bəzi rayonlarda hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Yağıntıların əsasən Böyük Qafqazın Quba-Qusar bölgəsində, Şərqi Zəngəzur, Qarabağ və Daşkəsən-Gədəbəy zonasında intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/san, ayrı-ayrı yerlərdə isə 23-28 m/san-dək güclənəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək. Rubrika.Az Geri qayıt |