Əsas Səhifə > Gündəm > Şarl Mişel Azərbaycanın 8 hərbçini Ermənistana qaytarmasına münasibət bildirib
Şarl Mişel Azərbaycanın 8 hərbçini Ermənistana qaytarmasına münasibət bildirib7-02-2022, 14:48 |
|
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın 8 erməni hərbçini geri qaytarmasını alqışlayıb. Rubrika.Az “Report”a istinadən xəbər verir ki, bu barədə o, tviter səhifəsində yazıb. “8 erməni hərbçinin Ermənistana təhvil verilməsi Fransa Prezidenti Emmanuel Makron, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra meydana gələn müsbət dəyişiklərə daha bir işarədir. Avropa İttifaqı regionda sabitliyi və inkişafı dəstəkləyir”, - Şarl Mişel bildirib. Rubrika.Az Geri qayıt |