Əsas Səhifə > Mədəniyyət > Adına layiq olmayan “mədəniyyət evi” - VİDEO
Adına layiq olmayan “mədəniyyət evi” - VİDEO7-02-2022, 16:58 |
|
Ağdaşın Aşağı Ləki kənd Mədəniyyət evi ötən əsrin ortalarında istifadəyə verilib. Yaşlı nəsil ovaxtkı dövrü az-çox xatırlasa da, gənc nəsil binanın təyinatından, burada nə cür tədbirlərin keçirildiyindən xəbərsizdir. Çünki bina bərbad vəziyyətdədir. Sakinlər binanın əsaslı təmir olunaraq kənd camaatının istifadəsinə verilməsini istəyir. Hazırda bu binada 3 qurum yerləşir: kənd bələdiyyəsi, icra nümayəndəliyi və mədəniyyət evi. Amma kəndin nə daimi bələdiyyəsi var, nə də adına layiq olan mədəniyyət evi. Tamaşalar, səhnəciklər, ümumən mədəni-maarif tədbirləri bu kənddən, demək olar ki, uzaqdır. Ağsaqqalların sözlərinə görə, Aşağı Ləki kəndində ən son səhnəcik 20-ci əsrin sonlarında tamaşaya qoyulub. O gündən bu günə kimi isə bina tamamilə əhəmiyyətini itirib. Kənd sakinləri deyir ki, başlıca səbəb mədəniyyət evinin həddən artıq yararsız və əlverişsiz olmasıdır. Daha ətraflı Baku TV-nin süjetində: Rubrika.Az Geri qayıt |