Əsas Səhifə > Dünya > Liviyanın baş nazirinə sui-qəsd edilib

Liviyanın baş nazirinə sui-qəsd edilib


10-02-2022, 09:30
Liviyanın baş nazirinə sui-qəsd edilib

Liviyanın Baş naziri Əbdülhəmid Dbeybənin xidməti avtomobili atəşə tutulub.

Hadisə nəticəsində hökumət başçısı xəsarət almayıb.

Rəsmilər hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Hücum parlamentdə ölkənin baş nazirinin yenidən seçilməsi ilə bağlı iclas ərəfəsində baş verib.

Rubrika.az
Geri qayıt